CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün də onların növbəsidir - Üç rayonun pensiyaçıları sevinəcəklər

© Depositphotos.com / KonejotaПожилая пара на мосту в Праге
Пожилая пара на мосту в Праге - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz

BAKI, 9 aprel — Sputnik. Bu gün Bakının 3 rayonu üzrə pensiya ödənişləri həyata keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Nizami, Nərimanov və Xətai rayonları sakinləri bu gün pensiya ala biləcəklər.

Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Qeyd edək ki, "COVID-19" pandemiyası ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Xəbər lenti
0