Qadağan olunan yerə keçən şəxs, arxiv şəkli

Karantin evə qovur, ev sahibi küçəyə - minlərlə ailə çətin durumda

2309
(Yenilənib 17:20 09.04.2020)
"Uzun illərdir mənzillərini kirayə verən, ancaq qeydiyyata salmadığı üçün vergi öhdəliklərini yerinə yetirməyən şəxslər, heç olmasa, indi insafa gəlməli və bir neçə ay kirayənişininə güzəşt etməklə, dövlətin hazırkı siyasətinə dəstək verməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Koronavirus infeksiyasının iqtisadiyyata vurduğu mənfi təsir kirayə mənzil bazarından da yan keçməyib.  Koronavirusla mübarizə çərçivəsində məhdudlaşdırılan fəaliyyət sahələrində çalışanlar, günəmuzd işləyənlər kirayə haqqını ödəməkdə böyük çətinliklə üzləşiblər.

Məlumatlara görə, ən böyük sıxıntı müqaviləsiz kirayələrlə bağlıdır. Belə ki, ev sahibləri kirayə haqqını gecikdirən, ödəməkdə çətinlik çəkənlərə qarşı amansız davranır, onları ev haqqını ödəmədiklərinə görə evdən çıxardırlar. İkitərəfli şifahi razılaşma əsasında mənzil kirayə götürənlər ortada müqavilə olmadığından evi tərk etmək məcburiyyətidə qalırlar. Son günlərin ən çox müzakirə olunan mövzularından biri müqaviləsiz kirayədə qalanların aqibətidir. Bəs onlara hökumətdən hər hansı formada dəstək mümkündürmü?

Əmlak eksperti Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakı və Abşeronda minlərlə ailə kirayədə yaşayır. Onlar qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldurlar. R.Osmanlının sözlərinə görə, bu şəxslərin əksəriyyəti hazırda Nazirlər Kabinetinin qərarına əsasən, fəaliyyət sahələri məhdudlaşdırılan işlərdə çalışırlar:

“İndi həmin təbəqənin “kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri mənzillərin mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün güzəştə getməyə razı olsalar da, əksər mülkiyyətçilər mənzillərin boşaldılmasını tələb edirlər”.

Ekspert deyir ki, hökumət şəxsi mülkiyyətdə olan kirayə mənzil fonduna diqqət ayıra bilər: “Fikrimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər. Uzun illərdir mənzillərini kirayə verən, ancaq qeydiyyata salmadığı üçün vergi öhdəliklərini yerinə yetirməyən şəxslər, heç olmasa, indi insafa gəlməli və onillərlə vergidən yayınmalarının qarşılığında bir neçə ay kirayənişininə güzəşt etməklə, dövlətin hazırkı siyasətinə dəstək verməlidir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hökumətin belə ailələrə dəstək mexanizmi olmalıdır: "Əgər vətəndaş koronavirusa görə işini itiribsə, ona rəsmi işsiz olmadığından hər hansı dəstək yoxdursa, bunun üçün yerli icra hakimiyyətləri var. Yerli icra hakimiyyətlərinə belə vətəndaşlara dəstək üçün maliyyə ayrılır. Evi olmayan, kirayədə yaşayan sakinlərə rayon icra hakimiyyətləri dəstək olmalıdır".

O ki qaldı hökumətin belə ailələrə sosial dəstək paketinə, V.Əhmədov indidən heç bir fikir söyləməyin mümkün olmadığını söyləyir: "İndi vətəndaşlara dəstəklə bağlı müxtəlif rəqəmlər səslənir. Hələ ki bununla bağlı nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə də Mərkəzi Bankın tədirlər planı yoxdur. Onlar bunu açıqlamalıdırlar ki, biz işsizlərə, günəmuzd işləyənlərə, krediti olanlara hansı güzəştlərin ediləcəyi və dəstəyin göstəriləcəyindən danışaq. Bunlar açıqlanmamış indidən bir fikir söyləmək olmaz. Bu gün xeyli sayda insan var ki, rəsmi işsiz kimi qeydiyyatda deyil. Belə vətəndaşlara dəstək üçün yerli icra hakimiyyətlərinə maliyyə ayrılır. Əgər bu gün kirayədə yaşayan şəxsə mənzil sahibi güzəşt etmirsə, evi olmadığı, kirayədə yaşadığı üçün dövlət həmin ailəyə dəstək olmalıdır".

2309
Əlaqədar
Millət vəkili dövlət yardımları barədə: vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub
Maaşları da tam ödənəcək, vergidən də azad olunacaqlar - zərərdidələr üç qrupa bölündülər
Vətəndaşların banklara olan kredit borcları dondurula bilər
Koronavirusla bağlı ən təhlükəli məkanlar... Onları dezinfeksiya etmək yada düşürmü?
Kimlər işsiz sayılmır - Rəsmi cavab
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

4
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

4
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

18
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

18
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Gəncədə vəziyyət

Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar

0
(Yenilənib 17:59 20.10.2020)
"Dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Sibel Can da Azərbaycana dəstək paylaşımı edib. Sənətçi 2,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.

"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan", - deyə Sibel Can paylaşımında qeyd edib.

Hülya Avşar da baş verən faciəyə münasibətini bildirib: "Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sona da yetmir. Amma dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Hülya Avşar (@hulyavsr)

Müğənni-bəstəkar Mustafa Ceceli də öz paylaşımında qeyd edib: “Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”. 

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli)

Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Yıldız Tilbe, Serenay Sarıkaya da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.

0