Polis vətəndaşın çölə çıxması üçün icazəsini yoxlayır

Aprelin 10-dan bəzi icazələr avtomatik pozulacaq

133
(Yenilənib 18:22 08.04.2020)
2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcək

BAKI, 8 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır. ASAN Xidmət-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

​ Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

* xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

* fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

* yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər.

2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcək.

133
Əlaqədar
Paytaxt karantin rejiminin sərtləşməsindən sonra
Kafe yeməyi burunlarından gəldi
Karantindən evinə buraxılan tələbə: "Ən azından buna vicdan yol verməzdi"
Bəşəriyyət özünü təcrid edib: Yeni dünyanın görüntüləri
Rekordçu ata və azyaşlı oğlu müəyyən edilib
Ofis işçiləri, arxiv şəkli

Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır

3
(Yenilənib 11:49 02.06.2020)
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək

BAKI, 2 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda bildirilir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib
Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir
Koronavirusa görə işəgötürənlərə xəbərdarlıq
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil
Kevin Hern, arxiv şəkli

Konqres üzvü Kevin Hern: "Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir"

2
(Yenilənib 11:19 02.06.2020)
Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

2
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər