CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin vaxtı özünü əlli min ziyana saldı

© AFP 2023 / JORGE GUERREROВырубка дерева, фото из архива
Вырубка дерева, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.

BAKI, 8 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonu Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı fakt təsdiqini tapıb və sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus pay torpağında Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi və təbiətə 49640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xəbər lenti
0