CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Distant təhsil məktəbinə maraq bu günlərdə daha böyükdür

© REUTERS / ALBERT GEAДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Dərslərdə hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif elektron resurslardan, video materiallardan və test nümunələrindən istifadə olunur.

BAKI, 7 aprel — Sputnik. Sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili artıq 9 ildir distant formada təşkil olunur. Sputnik Azərbaycan-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, İdarənin tabeliyindəki 219 nömrəli məktəbdə təhsil məktəbinin distant mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün dərslər "Microsoft Teams" platforması üzərindən aparılır.

Hazırda distant tədris mərkəzində çalışan pedaqoji heyətin üzvləri sağlamlıq imkanları məhdud 19 şagirdin evdə təhsilini distant formada təşkil edir. Məktəbin pedaqoji kollektivi tərəfindən öncə şagirdlər siniflərdə qruplaşdırılır. Müvafiq tədris materialları ilə təmin olunan müəllimlər hazırladıqları tapşırıqları platformada yerləşdirirlər. Dərslərdə hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif elektron resurslardan, video materiallardan və test nümunələrindən istifadə olunur. Qeyd edək ki, məktəbdə evdə təhsilin distant formada təşkilinə 2011-2012-ci tədris ilindən başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan layihə şagirdlər tərəfindən maraqla qarşılanır.

Xəbər lenti
0