Qax rayonunda vəziyyət, 03.04.2020

Ucqar rayonlara virus maska spirtdən tez çata bilər - SOS

1021
Rayon sakinləri apteklərdə heç bir qoruyucu vasitənin olmamasından və immuniteti qaldıran vasitələrin bahalığından şikayətçidir.

BAKI, 3 aprel – Sputnik, Şahpəri Abbasova. Dünyanın bir çox ölkələrini ağuşuna alan "koronovirus" bəlası təkcə paytaxtda deyil, bölgələrimizə də ayaq açıb. Ölkədə virusa yoluxanların sayı durmadan artır. Bəs görəsən, rayonlarda insanlar qoyulan qaydalara necə əməl edirlər? Bu suala cavab tapmaq üçün ölkənin ucqar rayonlarından biri olan Qax rayonunun mərkəzinə yollandıq. Görünən mənzərə heç də ürəkaçan deyildi. İnsanların əksəriyyəti küçədə maskasız və məqsədsiz dolaşırdı. Əsas arqumentləri də o olurdu ki, evdə görəcəkləri bir iş yoxdur, darıxdıqları üçün küçəyə çıxırlar. Apteklərdə də ki, maska tapa bilmədiklərindən, maskasız dolaşmaq məcburiyyətindədirlər.

Rayon sakini Əlövsət Məmmədov deyir ki, neçə müddətdir apteklərdə maska yoxdur: "Neçə gündür dalbadal rayon mərkəzindəki aptekləri dolaşıram, maska soruşuram, deyirlər, yoxdur. Əsasən günün çoxunu evdə qalmağa çalışıram. Amma dükana, aptekə getməyə ehtiyac yaranır, evdən çıxıram. Maska taxmaq, həm özümü, həm də ətrafdakıları qorumaq istəyirəm. Amma nə maska var, nə də spirt".

© Sputnik / Shahperi Abbasova
Люди рядом с аптекой, фото из архива

Bu problem rayon sakini Roza Məmmədovanı da narahat edib: "Dəfələrlə aptekə maska üçün gəlmişəm. Çalışıram küçəyə az çıxım, çıxanda da maskasız olduğum üçün qorxuram. Evdə azyaşlı uşaqlar var. Onlara yoluxa bilər. Neçə dəfə müraciət eləmişəm, deyirlər yoxdur. Ona görə də məcburam ağzımı şalla bağlayım. Başqa əlacımız yoxdur".

Evdə oturmaqdan sıxılan, bunun üçün də arabir rayon mərkəzini dolaşmağa çıxan Hacı Kərimov isə virusun oralara gedib çıxacağına o qədər də inanmır. Lakin yumorla deyir ki, "biz maska tapana qədər, virus Qaxı bir dəfə dövrə vurub qayıdacaq".

"Karantindən qabaq tədarük görülməli, apteklər zəruri qoruyucu vasitələrlə doldurulmalı idi. Başa düşürük ki, virus bizi qəfil yaxalayıb, qabaqcadan hazırlığımız olmayıb. Amma belə vəziyyətdə adamları da "maskasız küçəyə çıxma" deyib məcbur eləmək düz deyil", - deyə Kərimov bildirib.

  • Qaxda vəziyyət, 03.04.2020
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda vəziyyət, 03.04.2020
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda vəziyyət, 03.04.2020
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
Qaxda vəziyyət, 03.04.2020

Rayon sakini Zülfiyyə Məmmədova isə "koronovirusun dərmanı" sayılan zəncəfilin qiymətinin qalxmasından narazıdır. "Zəncəfil immun sisteminin gücləndirilməsi üçün əvəzsiz vasitədir. Di gəl, bəzi işbazlar bu fürsətdən yaralanmaq istəyirlər. Zəncəfilin, sarımsağın qiymətini qaldırıblar. Heç cür anlamıram, qazanmaq istəyirsənsə, bir az ucuz sat, çox sat, sən də qazan, camaat da öz immun sistemini möhkəmləndirsin ki, bu xəstəliklə mübarizə apara bilək", - Məmmədova deyib.

Söylənilən şikayətləri nəzərə alaraq rayonda yerləşən apteklərə baş çəkdik. Təəssüf ki, apteklərdə qoruyucu vasitələrin bitdiyini söylədilər.

"İndi heç paytaxtdakı apteklərdə maska, əlcək, spirt tapılmır, ucqar rayonda necə tapılsın?! Həftədə bir dəfə rayon apteklərinə mal gəlir, o da gələn kimi qurtarır", - deyə apteklərdən birinin satıcısı bildirib.

1021
Kevin Hern, arxiv şəkli

Konqres üzvü Kevin Hern: "Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir"

1
(Yenilənib 11:19 02.06.2020)
Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

1
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər

Maska məsələsi niyə belə uzanır?

4
(Yenilənib 11:02 02.06.2020)
Milli Məclisin növbədənkənar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq

BAKI, 2 iyun — Sputnik. Milli Məclisin növbədənkənar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

İlk olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliyə üçüncü oxunuşda baxılacaq. Qeyd edək ki, Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq.

4
Əlaqədar
Dərini maska və əlcək altında necə qorumalı – dermatoloq tövsiyəsi
Alış-veriş "dəliləri", kim tutar sizi? - FOTO
"Başabəla" dəyişiklik parlamentdən keçdi
Maska taxmayanlara agentlikdən "sürpriz"