CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virtual məktəbə qoşulan şagirdlərin sayı açıqlandı

© REUTERS / Lindsey WassonДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
“Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək.

BAKI, 3 aprel — Sputnik. "“Virtual məktəb” portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Naziriin müşaviri Elnur Məmmədov məlumat verib.

O qeyd edib ki,  hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər.

"Qeydiyyatdan keçmiş şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur", -deyə E.Məmmədov əlavə edib.

Onun sözlərinə görə,  elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. “Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək.

 

Xəbər lenti
0