CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklardan koronavirusla bağlı müştərilərə məsləhət

© AFP 2023 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Xüsusi rejim tətbiq olunan ilk gündən insanların qapalı məkanda birbaşa təmaslarını minimuma endirmək üçün müştərilər filiallara növbəli şəkildə buraxılırlar"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən müxtəlif addımlar atılır. Maraqlıdır, hər zaman insanların daha sıx toplaşdığı bank filiallarında təhlükəsizliyi önləmək üçün hansı tədbirlər görülür?

Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Deputatdan təklif: kredit ödənilməsində üç ay müddətində güzəştlər olsun

Bununla bağlı olaraq Sputnik Azərbaycan banklar arasında sorğu keçirib:

"Yelo Bank"ın PR üzrə müşaviri İlkin Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında insanların təhlükəsizliyi və bank müştərilərinin məmnunluğu üçün atılan addımlardan danışıb: "Bütün xidmət nöqtələrimizdə işimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəkildə qurmuşuq. Filiallarımızda mütəmadi olaraq bütün sanitariya və təhlükəsizlik tədbirləri görülür. Müştərilərimizin və əməkdaşlarımızın sağlamlığına xüsusi önəm verərək gigiyena və sanitariya qaydalarına riayət olunması üçün şərait yaradılıb və buna nəzarət olunur. Həmçinin ehtiyat tədbirlərinə də ciddi yanaşırıq. Bildiyimiz kimi, ara məsafəsinin qorunması əsas tələblərdən biridir. Məhz bu səbəbdən filiallarımıza müştərilərimiz qrup şəklində daxil olurlar. Bu üsulla biz müştərilərimizi və əməkdaşlarımızın virusa yoluxma ehtimalını xeyli azaltmış oluruq".

"Yeri gəlmişkən, bir məqamı da xüsusilə vurğulamaq istərdim ki, bir müddət öncə valyuta bazarında müşahidə olunan ajiotaj xeyli səngiyib. Buna baxmayaraq, "Yelo Bank"ın xidmətlərindən yararlanmaq istəyən müştərilər az deyil. Onlara da tövsiyəmiz odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı qaydalara riayət etsinlər", - deyə İ.Əhmədov əlavə edib.

Bank rəsmisi müştəriləri onlayn kanallar vasitəsilə əməliyyatları icra etməyə də səsləyib: "Bizim bir çox onlayn kanallarımız var. Bundan başqa, müştərilərimiz istənilən suala cavabı "WhatsApp", "Facebook" və "Instagram" hesablarımıza yazmaqla ala bilərlər. Digər tərəfdən müştərilərimiz banka gəlmədən də ödənişlərini həyata keçirə bilərlər".

"Access Bank"ın mətbuat katibi Sərvinaz Ələkbərova isə bildirilib ki, hazırda ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq, bankın filiallarında qələbəlik yaşanmır: "Bununla belə, “AccessBank”ın bütün inzibati binaları və filialları dezinfeksiya edilir. Bank əməkdaşları və müştərilərinin sağlamlıqları nəzərə alınaraq, dezinfeksiya işləri davamlı olaraq həyata keçirilir. Qoruyucu tədbirlərin mütəmadi olaraq, bütün inzibati binalar və filiallar üzrə aprel ayının sonuna qədər reallaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, aparılan dezinfeksiya işləri ərazini 15 gün ərzində qoruyur. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün tam zərərsizdir. Dezinfeksiya tədbirlərindən əlavə, artıq bir müddətdir ki, bank əməkdaşlarına virusdan qorunmaq üçün maskalar və əlcəklər paylanılıb, inzibati binalar və filialların girişlərində spirt tərkibli məhlullar quraşdırılıb".

Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kreditlərlə bağlı bu güzəştlər ola bilər

"Həmçinin bank ərazisinə 10 nəfərdən artıq müştərinin daxil olmamasına xüsusi nəzarət edilir. Bundan savayı, filiala daxil olan hər bir müştəri əllərini xüsusi mayə ilə dezinfeksiya etməlidir. Bankın filiallarına müraciət edən müştərilərə “AccessBank”ın təklif etdiyi “MyAccess” platforması və onlayn bankçılıq xidmətlərindən yararlanmaq tövsiyə olunur. Yaşı 65 və daha yuxarı olan müştərilərə isə filiallara gəlmədən Məlumat Mərkəzi vasitəsilə tam xidmət göstərilir. Bir sıra əməliyyatlar üzrə bu müştərilərin ünvanlarına kuryerlərin göndərilməsi planlaşdırılır".

"Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov da müştəriləri onlayn ödənişlərə, onlayn xidmətdən yararlanmağa səsləyib: "Xüsusi rejim tətbiq olunan ilk gündən insanların qapalı məkanda birbaşa təmaslarını minimuma endirmək üçün müştərilər filiallara növbəli şəkildə buraxılırlar. İnsanların sıxlığı və filialın ölçüsündən asılı olaraq bu rəqəm 5-5, 3-3 də ola bilər. Çöldə, yəni qapalı olmayan ərazidə növbələri hansısa formada tənzimləmək mümkün deyil. Bayırda içəri girmək üçün növbə gözləyən şəxslər arada 1-2 metr məsafə qoymaqla təhlükəsizliklərini təmin edə bilərlər".

"Tövsiyə edirik ki, nağdsız və onlayn ödənişlərdən yararlanın. Həm nağdsız dövriyyə çoxalsın, həm də bugünkü şəraitdə nağdsız əməliyyatlar daha təhlükəsizdir, əldən-ələ keçmir. Bu zaman təmas da minimuma endirilir. Nağdsız ödənişlərin stimullaşdırılması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır. Bankımız tərəfindən də yeni smart kassalar quraşdırılır. Bu zaman pin kodu belə daxil etməyə ehtiyac qalmır", - deyə o əlavə edib.

Bank rəsmisi bankın mobil tətbiqlərindən faydalanmağı tövsiyə edir.

Xəbər lenti
0