Məmur, arxiv şəkli

Xüsusi karantin dövründə rejimi yeni qayda ilə tənzimlənəcək

196
(Yenilənib 20:36 02.04.2020)
İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır

BAKI, 2 aprel - Sputnik. Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar verib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın;

1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısı:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən,

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Baş Prokurorluğu

7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

17. Azərbaycan Respublikasının Energetika Nazirliyi

18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə

Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

49. Azərbaycan Respublikasının Hesablama Palatası

50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

52. “Azəriqaz” İstehsalat Birliyi

53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı

58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

62. Bakı Nəqliyyat Agentliyi

63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli əlavə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi-tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə

xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı,

istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təchizatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük

daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən

fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və

təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı

məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. poçt xidmətləri;

6.3. kimyəvi təmizləmə;

6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.5. avtomobillərin təmiri;

6.6. avtomobil yuyulma məntəqələri;

6.7. tərcümə xidmətləri;

6.8. heyvan sığınacaqları;

6.9. dizayn xidmətləri.

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. məişət avadanlıqlarının təmiri;

9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

196
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

22
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

22
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Əlcək geyinmiş cütlük

Dərini maska əlcək altında necə qorumalı dermatoloq tövsiyəsi

20
(Yenilənib 21:49 31.05.2020)
İXM-ə edilən əlavəyə görə, Azərbaycanda təyin olunmuş yerlərdə maska taxmayan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər

BAKI, 31 may - Sputnik. Tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova maska və əlcək taxarkən dərini qorumağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, həkimin sözlərinə görə, ən allergen əlcəklər lateksdən hazırlananlardır.

“Real həyatda bizi göbələklərdən qoruyan dərinin özünə müdafiə lazımdır, onun su-lipid balansını artırmaq vacibdir”, - dermatoloq deyib.

Bunun üçün nəmləndirici əl kremindən istifadə etmək gərəkdir, çünki insanlar tez-tez əllərini yuyur və sanitayzerlə dezinfeksiya edirlər.

“Əgər dəri qurudursa, qidalandırıcı, bir qədər yağlı, əgər qalındırsa, altında piy qatı çoxdursa, o zaman yüngül, su əsaslı, gel kimi kremlərdən istifadə etmək gərəkdir”, - Qallyamova tövsiyə edib.

Maskalar üzdə qıcıq yaradarsa, bu zaman qıcıqlanan dəri üçün kremlərdən istifadə etmək lazımdır. Dermatoloq bildirir ki, onların tərkibində dermatitin qarşısını almağa kömək edən sink var.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-dək uzaldılsa da, bəzi qaydaları qismən yumşaldılıb. Ancaq bununla yanaşı, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu gün isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Məcəlləyə edilən əlavəyə görə, tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

20
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Deputatlar maskasızların cəriməsini "kəsdilər"
Üzünüzü görək: ilin sonuna qədər maskada? – SORĞU
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Haradan biləydilər... 1.6 milyard maskanı yandırdılar
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

24
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

24
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı