Bakıda avtobus, arxiv şəkli

Paytaxtda sərnişindaşımada ciddi yenilik - Avtobuslar...

984
"Çox güman ki, belə davam etsə, müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq. Avtobuslar ancaq həyati əhəmiyyətli sahələrdə çalışanlar üçün xidmət göstərəcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 2 aprel — Sputnik Azərbaycan. Bakıda müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırıla bilər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, metronun fəaliyyəti dayandırılandan sonra metrostansiyalar arası ekspress avtobuslar istifadəyə verilib. Həmçinin müntəzəm marşrut avtobuslarının sayı artırılıb. Buna baxmayaraq sərnişindaşımada sıxlıq yaşanır:

"Çox təəssüf ki, insanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əməl etmirlər. Ekspress avtobuslar əsasən həyatı əhəmiyyətli sahələrdə çalışanları daşımaq üçün nəzərdə tutulub. Amma sərnişinlər bir çox hallarda ehtiyac olmadan evdən çıxırlar. Bu isə həyatı əhəmiyyətli sahələrdə çalışan sərnişinlərin daşınmasında çətinliklər yaradır. Çox güman ki, belə davam etsə müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq. Avtobuslar ancaq həyati əhəmiyyətli sahələrdə çalışanlar üçün xidmət göstərəcək. Əks halda, sərnişindaşımada yaranan sıxlığın qarşısını almaq çətindir. Bu da virusun yayılma təhlükəsini artırır. Əlbəttə ki, sərnişindaşıma ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargahın belə bir qərarı olsa, biz onu icra edəcəyik".

984
Təqvim,  arxiv şəkli

İyun ayının qeyri-iş günləri açıqlandı

33
(Yenilənib 10:28 02.06.2020)
Bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

 

BAKI, 2 iyun — Sputnik. İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 15 İyun – Milli Qurtuluş Günüdür.  26 İyun isə – Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

33
Avtomatdan atəş, arxiv şəkli

Cəbhədə gərgin gecə

4
(Yenilənib 10:21 02.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub

BAKI, 2 iyun — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

4

Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi politoloq şərh edir

0
(Yenilənib 10:51 02.06.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirirlər
İlqar Vəlizadə: “Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir”

“Sosial şəbəkələr bir çox hallarda destruktiv qüvvələrin və qrupların məkanına çevrilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, qapalı qruplarda dövlət əleyhinə fəaliyyətlər, bəzən də terror aktları planlaşdırılır:

“Bu baxımdan sosial şəbəkələrə nəzarətin gücləndirilməsi zəruridir. Bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirsələr də, bu belə deyil. Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir, amma senzurasız sosial şəbəkə yoxdur. Məhz sosial şəbəkələrin özü bir çox hallarda məhdudlaşmalar tətbiq edir. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləmək üçün müştərək tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb.

Pilotoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0