CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək Məcəlləsinə dəyişiklik ediləcək

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidОфис компании Mail.ru
Офис компании Mail.ru - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlarda və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib

BAKI, 1 aprel — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

İclasda "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlarda və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0