CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birilərinin "hava udmaq" istəyinin güdazına gedənlər: dövlət onlar üçün paket hazırlayır

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət müəssisələrində çalışanlar, bildiyiniz kimi, əmək haqqı ödənilməklə məzuniyyətə buraxılıblar. Yəni, hazırda ən həssas qrup işsiz qalıb aylıq və günlük qazanclarından məhrum olanlardır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Son günlərin ən çox müzakirə olunan mövzusu koronavirus (COVID-19) pandemiyası ilə bağlı işsiz qalan, eləcə də günəmuzd işləyənlərin sosial müdafiəsi məsələsidir. Danılmaz faktdır ki, koronavirusla bağlı iaşə, xidmət sahəsində yüz minlərlə insan məcburi olaraq işini dayandırmalı olub. Bununla bağlı açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, yeni tip koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. O qeyd edib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar:

Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
XÜSUSİ REJİM: Hər kəs artıq bu QAYDAlara tabe olacaq

"Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı ölkəmizdə işsiz qalan, eləcə də günəmuzd işləyənlərin sosial müdafiəsi ilə bağlı narahatlıq başa düşülən olsa da, hökumətin bununla bağlı yaxın günlərdə addım atacağı gözlənilir: "Əlbəttə ki, bu virusun Azərbaycanda yayılmasına görə bizdə də işini müvəqqəti itirmək təhlükəsi qarşısında qalanlar oldu. Bunlar əsasən iaşə, xidmət sahəsində çalışanlar, gündəlik işləyib evlərinə çörək pulu aparanlar oldu.

"Qul bazarı"ndakı qadınlardan nazirliyin təklifinə qarşı tələb>>

Dövlət müəssisələrində çalışanlar, bildiyiniz kimi, əmək haqqı ödənilməklə məzuniyyətə buraxılıblar. Yəni, hazırda ən həssas qrup işsiz qalıb aylıq və günlük qazanclarından məhrum olanlardır. Bununla bağlı da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq biz təkliflər hazırlamışıq. Bu təkliflərdə bank kreditlərinin faiz hesablanmamaq şərtilə dondurulması ilə yanaşı, günəmuzd işləyənlərin, işini itirənlərin sosial müdafiəsi yer alıb. Yaxın günlərdə hökumətin o təkliflərə baxaraq bir qərar verəcəyi gözlənilir.

O ki qaldı günəmuzd işləyənlərin bu sosial paketdən yararlanmasına, bununla bağlı, düşünürəm ki, narahat olmağa dəyməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğunu əks etdirən məlumatlar var. Orada günəmuzd işləyənlər də öz əksini tapıb. Ona görə də, düşünmürəm ki, günəmuzd işlədiyi üçün kimsə bu sosial paketdən kənarda qalsın".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən İşçi Qrupu yaradılıb: "İşçi qrupa rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev edir. 

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Siyasət və anti-irqçilik: Necə oldu ki, virus bütöv bir ölkəni iflic etdi
Əsas prioritetlərindən biri pandemiyanın milli iqtisadiyyata ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həllidir.

Artıq Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib. İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər planının layihəsi müzakirə olunub. Eyni zamanda işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə ("Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə) müvafiq məzmunda Bildirişin çatdırılması qərara alınıb".

Xəbər lenti
0