Un anbarı, arxiv şəkli

Hamı spirt axtarışında, bərdəlilər un gəzirlər

163
(Yenilənib 22:03 25.03.2020)
Satış təmsilçiləri bunu belə izah ediblər: Bakıya unun gətirilməsi ilə bağlı un sifariş verilib, ancaq hələ ki, göndərmirlər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Bu gün Bərdədəki iri supermarketlərdə - "Bolmart", "Bazarstore", "Araz" market filiallarında unun satışı dayanıb.

Satış təmsilçiləri Sputnik Azərbaycan-a bildiriblər ki, unun satışında yaranmış məhdudiyyət bu gündən yaranıb. Mağazalara unun gətirilməsi ilə bağlı sifarişlər göndərilsə də, təchizat ləngiyib. Unun nə zaman göndəriləcəyi ilə bağlı dəqiq  məlumat yoxdur.

Başqa bir qıtlıq apteklərdə yaşanır. Koronavirusdan qorunmaq istəyənlər maska tapıb ala bilmirlər. Apteklərdən birinin satış təmsilçisi hər gün limitlə 50 ədəd maska aldıqlarını bildirsə də, bu gün ümumiyyətlə həmin qoruyucu vasitəni  ala bilmədiklərini deyib.

163