CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəaliyyətinə məhdudiyyət qoyulmayan xidmət sahələri açıqlandı

CC BY 2.0 / Owen Mathias / BarberПарикмахер, фото из архива
Парикмахер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur"

BAKI, 25 mart — Sputnik. Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejiminin tətbiq olunduğunu, müştərilərə yerində xidmət vaxtının saat 12.00-15.00 arası müəyyən edildiyini, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verildiyini deyib.

E.Zahidov bildirib ki, karantin rejimi müddətində restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət nəzərdə tutulmayıb”.

Xəbər lenti
0