Yaşlı qadın, arxiv şəkli

Tənha qocalar üçün xüsusi nömrə: evdən çıxmadıqları üçün qeydiyyat vacibdir

197
(Yenilənib 00:14 24.03.2020)
65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək. Onlar evdən çıxmadan ehtiyac duyduqları istiqamətdə dəstəklə, köməklə təmin olunacaqlar

BAKI, 24 mart — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək.

Belə ki, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunurlar. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilir.

Bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək.

Beləliklə, bu kateqoriyadan olan tənha şəxslərin də evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxmalarına ehtiyac qalmadan, bu istiqamətdə elə evlərində dəstəklə təmin olunacaq, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar.

Bunun üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcəkdir.

197
Tortdan imtina edən qız

Keçmiş modeldən az müddətdə, pəhriz idmansız arıqlamağın sirri

0
(Yenilənib 17:27 16.01.2021)
Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib.

BAKI, 16 yanvar — Sputnik. Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, kiçik sirri barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Official Danielle Lloyd (@missdlloyd)

37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içkisi içdiyini açıqlayıb.

Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.

"Çəki itirməkdən əlavə, enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim", - deyə məşhur vurğulayıb.

Ketonlar - piylərin ayırdığı molekullardır. Karbohidrat pəhrizinə (məsələn, Atkins pəhrizi) keçdikdə ketonların səviyyəsi artır. 

Ketonlu içkilərin effekti onların bir müddət hüceyrələr üçün əsas qida mənbəyi qismində piy və qlükoza əvəzinə istifadəsindədir.  

0
 Azəriqaz İB əmkdaşı

Bundan belə "evdə yoxam" bəhanəsi qazın kəsilməsinə əngəl olmayacaq - VİDEO

5
(Yenilənib 17:14 16.01.2021)
Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.

BAKI, 16 yanvar — Sputnik. Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib. İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.

Məlumata görə, bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin "Atlas sayğac və ölçü cihazları" şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.

Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin. Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.

Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.

5
Teqlər:
"Azəriqaz" İB, sayğac, qaz