CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi var – Reportaj

© Sputnik / Zulfiyya GuluyevaSəbaildə yataqxana
Səbaildə yataqxana - Sputnik Azərbaycan
Abunə olmaq
"Kanalizasiya və qrunt suları divarın özülünə axır. Yayda iy-qoxudan oturmaq olmur. Amma getməyə başqa yerimiz də yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Qəzalı binanın söküləcəyini Səbail Rayon İcra Hakimiyyətindən də təsdiqlədilər. Buraya bitişik binada 33-dən çox sakin ötən il köçürülüb. Vəsait ayrıldıqca qəzalı vəziyyətdə olan bu yataqxanada yaşayanlar da köçürüləcək.

Məlumata görə, Nazirlər Kabinetində həmin siyahıya baxılacaq və köçürülmə işləri aparılacaq.

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunda qəzalı vəziyyətdə olan bina
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi  var – Reportaj - Sputnik Azərbaycan
Səbail rayonunda qəzalı vəziyyətdə olan bina

Qeyd edək ki, ötən il Nazirlər Kabinetinin verdiyi qərara görə, Bakıda 17 bina qəzalı olduğu üçün sökülməlidir. Bundan əlavə, Səbail rayonunda, sürüşmə gedən ərazidən 92 ailənin köçürülməsinə qərar verilib.

Paytaxtın Səbail rayonunda sökülməsi nəzərdə tutulan binalardan biri də 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanında yerləşir. "Su İdman Kompleksi"nin "iki addımlığında" yerləşən bu bina Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kəskin qəzalı binalar siyahısına salınan 17 yaşayış binasından biridir.

Sputnik Azərbaycan bu ünvanda söküntü işlərinin nə vaxt aparılacağını araşdırıb.

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunda qəzalı vəziyyətdə olan bina
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi  var – Reportaj - Sputnik Azərbaycan
Səbail rayonunda qəzalı vəziyyətdə olan bina

Sakinlər söhbət zamanı bildiriblər ki, binada yaşayanlardan bir neçəsinin “kupçası” (çıxarış-red.) olsa da, yerdə qalanlarının Mənzil İstismar Sahəsinin qeydiyyat sənədi var. Hər an uçma təhlükəsi altında olan bu binada yaşayanlar da elə söküləcəyi günü səbirsizliklə gözləyirlər. Sakinlər Səbail Rayon İcra Hakimiyyətindən bu binada yaşayanların bir il müddətində köçürülməsi barədə onlara vəd verildiyini söylədilər.

Sakin Gülxar Məmmədova deyir ki, bu evə 35 il öncə gəlin gəlib: "Bu bina əvvəllər neftçilərin yataqxanası olub, daha sonra məcburi köçkünlər və yerli əhali də orada məskunlaşıb. Ərazi “Altıncı Mədən”, camaat tərəfindən "Şestoy" adlanır. Mən 35 ilə yaxındır bu evdə yaşayıram. Rayon İcra Hakimiyyəti dəfələrlə bu binaya baxış keçirib. Sonra bizə dedilər ki, bina qəzalı vəziyyətdədir. Binanın yaşayış üçün yararlı olmadığı göz qabağındadır. Biz də köçürülməyimizə etiraz etmirik. Bizə normal kompensasiya verilərsə, köçməyə razı olarıq".

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunda qəzalı vəziyyətdə olan bina
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi  var – Reportaj - Sputnik Azərbaycan
Səbail rayonunda qəzalı vəziyyətdə olan bina

Ərazidə olarkən sakinlərlə söhbət zamanı öyrəndik ki, yataqxanaya bitişik digər bina kəskin qəzalı vəziyyətdə olduğu üçün ötən il sökülüb. Sakinlərinə də kompensasiya verilib: "Zəlzələ olsa, bu binada yəqin ki, sağ çıxan olmayacaq. Çünki binada divarlar da aralanıb. Bizə də belə ağır şəraitdə yaşamaq xoş deyil. Mənzillərimizin tavanı uçub, döşəməsi çürüyüb. Bu yataqxananın az qala 1 əsr yaşı var. Hələ burada yaşayan sakinlərin çoxu öz vəsaiti hesabına təmir işləri aparıb. Amma bayırdan da binanın divarı aralanıb. Özünüz görürüsünüz ki, kanalizasiya və qrunt suları divarın özülünə axır. Yayda iy-qoxudan oturmaq olmur. Amma getməyə başqa yerimiz də yoxdur".

Arif İsmayılov 51 ünvanında yerləşən qəzalı binanın söküləcəyini Səbail Rayon İcra Hakimiyyətindən də təsdiqlədilər. Bildirdilər ki, buraya bitişik binada 33-dən çox sakin ötən il köçürülüb. Vəsait ayrıldıqca qəzalı vəziyyətdə olan bu yataqxanada yaşayanlar da köçürüləcək.

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunda qəzalı vəziyyətdə olan bina
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi  var – Reportaj - Sputnik Azərbaycan
Səbail rayonunda qəzalı vəziyyətdə olan bina

Xatırladaq ki, Nazirlər Kabineti ötən il Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin qərarda göstərilir ki, qəzalı binalarda yaşayan sakinlərə maliyyə vəsaiti ödənilməklə onlar köçürülsünlər.

Məlumat üçün bildirək ki, hələ keçmiş Sovetski adlanan ərazidə də əhalinin köçürülməsi işləri tam yekunlaşmayıb. M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələrində söküntü gedən ərazilərdə qalan evlərin əksəriyyəti köçürülüb. Həmin ailələrin çoxuna Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi evlərdən verilib. Paytaxtda kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi mərhələli şəkildə davam etdirilir.

Xəbər lenti
0