CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təqaüd alanlara şad xəbər

© Sputnik / Elvin AhmadЖенщина у банкомата
Женщина у банкомата - Sputnik Azərbaycan
Abunə olmaq
Müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub

BAKI, 19 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:

"Ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatdı. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və başqalarının da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub".

Xəbər lenti
0