AMEA, arxiv şəkli

Bolluca istirahət edin - AMEA-dan məsləhət

27
Bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər. Azərbaycanda isə "COVID-19"-a yoluxanların sayı çox azdır

BAKI, 18 mart — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA-nın saytında məlumat yerləşdirilib. Xəbərdə bildirilir ki, Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.

Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir.

Bildirilib ki, bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər: "Azərbaycanda isə "COVID-19"-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti vardır".

AMEA-nın Biofizika İnstitutunda keçirilən müzakirələrdə vurğulanıb ki, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün və ümumi soyuqdan qorunmaq üçün aşağıdakı qaydalara riayət olunması vacibdir:

- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;

- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;

- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;

- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;

- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli. (Nağd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır. Azərbaycanda banklar nağd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə küçə ticarətindən yayınmaq məsləhətdir).

Xüsusi qeyd etmək lazımdır ki, bir çox hallarda "COVID-19"-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına riayyət etməsi olduqca vacibdir.

Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:

- Bolluca istirahət etməli;

- Çox maye qəbul etməli, dehidrasiyadan (bədəndə su çatışmazlığı) yayınmalı;

- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofen-dən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).

- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.

İmkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:

- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;

- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.

27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hərbçilər barədə gözlənilən sərəncam imzalandı - Qəhrəmanlar evlərinə dönürlər

15
(Yenilənib 15:17 01.12.2020)
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış bəzi kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

BAKI, 1 dekabr - Sputnik. Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

15
Teqlər:
Prezident İlham Əliyev, səfərbərlik, hərbi qulluqçular, sərəncam
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

5
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

5
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət