CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vitse-spikeri kişilərin öpüşməsindən danışdı: “Təbliğata ehtiyac var”

© Sputnik / Murad OrujovВстреча предпринимателей, фото из архива
Встреча предпринимателей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin vitse-spikeri deyib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə məqsəd insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

BAKI, 17 mart – Sputnik. “Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətimiz yoxdur”.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
Milli Məclisin komitə və komissiya iclasları dayandırıla bilər

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, insanlar təmasdan yayınmalıdır: “İnsanlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir”.

O əlavə edib ki, Azərbaycanda kişilərin görüşəndə öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var.

Qeyd edək ki, koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

“Koronavirus cinayəti” qanuna salınır – Cərimə və həbs

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Xəbər lenti
0