CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL bir neçə şəhərə uçuşları dayandırdı - SİYAHI

© Photo : Pexels / Michael VershininСамолет в небе, фото из архива
Самолет в небе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koranavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir neçə istiqamətdə uçuşları müvəqqəti olaraq dayandırır

BAKI, 15 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah yeni məlumat yayıb.

Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır:

-16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

-16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

-17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

-17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

-24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

-17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

-17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

-17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

-17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

-18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

-17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Xəbər lenti
0