CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat distant təhsilə dair təklif irəli sürüb

Abunə olmaq
Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr tərəfindən təkliflər hazırlanmalıdır

BAKI, 13 mart - Sputnik. “Koronavirusla bağlı distant təhsil yenidən aktuallaşır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

Bununla əlaqədar qanunvericilikdə dəyişiklikləri vacib hesab edən millət vəkili qeyd edib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb: “Bu sahədə komitələr öz təkliflərini hazırlasınlar. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr tərəfindən təkliflər hazırlanmalıdır”.

Xəbər lenti
0