CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Əzizov MTK rəhbərlərinə xəbərdarlıq etdi

© Sputnik / Igor AgeyenkoСтроительство жилых домов, фото из архива
Строительство жилых домов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri qısa müddətdə başa çatdırılsın

BAKI, 4 mart — Sputnik. Paytaxtın bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın dezinfeksiya işləri mərhələli şəkildə aparılır. Dezinfeksiya işlərinin qısa müddətdə başa çatdırılacağı bildirilib: "Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri qısa müddətdə başa çatdırılsın".

Qeyd edilib ki, həmçinin Bakıda 346 bağça mərhələli şəkildə dezinfeksiya edilir.

Xəbər lenti
0