İranda epidemioloji vəziyyət

İranda qalan vətəndaşlarımıza müraciət edildi

22
İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir

BAKI, 29 fevral — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda olan vətəndaşlara müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

XİN-in açıqlamasında deyilir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

Bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirələr aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10

(+9821) 22 55 82 99

(+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98 902) 095 13 83

(+98413) 333 48 02/04".

22
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

1
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Yemək yeyən insanlar, arxiv şəkli

İaşə obyektlərində reyd: sıxlığa da əməl etməyiblər

5
(Yenilənib 22:30 27.10.2020)
Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 27 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur. AQTA-dan Sputnik Azərabycan-a verilən məlumata görə, agentlik tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 25-26 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

5