CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahalı mənzillə pul yumaq: əmlak bazarında nə baş verir?

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidУчастник программы по переселению в квартире многоэтажного жилого дома
Участник программы по переселению в квартире многоэтажного жилого дома - Sputnik Azərbaycan
Abunə olmaq
"Təklif artdığı üçün qiymətlər də ucuzlaşdı. Eyni zamanda həmin villaların bir qismi banklarda girov qismindədir. Yəni insanlar belə villaları girov qoyaraq kredit götürürlər"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb. Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştin də həddi var: mənzillərlə bağlı məhdudiyyət kimə sərf edəcək?

Onun sözlərinə görə, yanvar ayında torpaq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.

Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.

N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.

Bəs ötən il əmlak bazarı necə yadda qaldı? Sputnik Azərbaycan bağ evlərinin, torpaq sahələrinin ucuzlaşması və ötən il əmlak bazarının vəziyyəti ilə bağlı kiçik araşdırma aparıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il daha çox bahalı əmlakların satışa çıxarılması ilə yadda qalıb:

"Bahalı əmlaklardan əksər insanlar yatırım kimi istifadə etsələr də, bəziləri bu sahədən çirkli pulların yuyulması ücün istifadə edirlər. Yəni bahalı binalardan müqaviləli mənzillər almaqla və daha sonra həmin mənzillərə çıxarış alıb, təkrar satmaqla pulları leqallaşdırmaq mümkün olur. Həmçinin villalarda da bu prosesi aparmaq olur".

Onun sözlərinə görə, alqı-satqı etdikdən sonra alqı-satqı müqaviləsində göstərilən istənilən məbləği ölkədən çıxarmaq qanuni sayılır. Bu baxımdan bu sahədən ölkədən pul axını kimi də istifadə olunur.

Ekspert həmçinin əlavə edib ki, bağ evlərinin alıcıları ötən illərə nisbətən 2019-cu ildə bağ evlərini Bakı ətrafında deyil, daha çox istirahət üçün yararlı turizm bölgələrində almağa üstünlük veriblər. Turizm ücün yararlı ərazilərdə bağ evləri almaq, həm də əlavə gəlir mənbəyi hesab olunur. Yəni istirahət üçün gələn vətəndaşlar otellərdən daha çox, həyət evlərini kirayələməyi üstün tuturlar. Təbii ki, normal şəraitli evlərin gündəlik qiymətləri də heç də aşağı olmur.

"Bu baxımdan paytaxtda bağ evi alıb, ildə bir ay qalmaqdansa, bölgələrdə daha ucuz qiymətlərə ev alıb, daha çox gəlir götürmək daha səmərəli hesab olunur. Bu amillər paytaxtdakı qiymətlərə də öz mənfi təsirini göstərir", - deyə ekspert vurğulayıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, torpaqların qiymətinin ucuzlaşması müşahidə edilmir. Əksinə, ildən-ilə Bakıda torpaqların satış qiymətində artım müşahidə edilir. Fərdi yaşayış evlərinin satış qiymətinin ucuzlaşmasına və satışın artmasına gəldikdə isə, ekspert vurğulayıb ki, bu, əsasən diferensiallaşmadan – qaz və elektrik enerjisinə limitin qoyulmasından sonra müşahidə edilməyə başlanıb.

Счетчик газа - Sputnik Azərbaycan
YAZARLAR
Örtülü bazar dostluğu pozar - Haqq etmədiyimiz borcdan necə yaxa qurtaraq

Belə ki, əvvəldən də çox olan saxlanma xərcləri bir qədər də artdı. Və gəlir gətirməyən bu obyektlərin kütləvi şəkildə satışı başladı. Artıq villa sahibləri öz villalarını daha çox gəlir gətirən obyektlərlə əvəzləməyə çalışırlar.

"Təklif artdığı üçün qiymətlər də ucuzlaşdı. Eyni zamanda həmin villaların bir qismi banklarda girov qismindədir. Yəni insanlar belə villaları girov qoyaraq kredit götürürlər. 2015-ci ildə devalvasiya və 2016-cı ildə iqtisadi böhrandan sonra 2017-2018-ci illərdə villaların satışına başlandı. Bu da istər-istəməz villaların satış qiymətinə təsir edir", - deyə R.Osmanlı bildirib.

Onun sözlərinə görə, Bakıda torpaq məhdudlaşdığı üçün qiymətlərin ucuzlaşması mümkün də deyil.

Əmlak eksperti Elnur Azadovun fikrincə, bağ evi dedikdə – dənizkənarı ərazidə yerləşən daimi yaşamaq üçün evlər nəzərdə tutulur.

"Bilgəh, Buzovna, Zuğulba, Mərdəkan, Novxanı, Şüvəlan kimi dənizkənarı prestijli ərazilərdə torpaqların qiyməti qalxıb. Boş torpaq ərazilərinin çox olduğu, infrastrukturun inkişaf etmədiyi ərazilərdə isə qiymətlər nisbətən ucuzlaşıb.

Yəni Türkan, Dübəndi, Nardaran, Ləhiş bağları, Pirşağı, Hövsan, Şıxov, Digah və s. bu kimi zonalarda torpaqların qiyməti 10 faizə qədər düşüb. Bu o deməkdir ki, həmin ərazilərdə təklif alıcılıq qabiliyyətindən çoxdur.

Qiymətlərin ucuzlaşması son 2 ildə müşahidə edilir", - deyən E.Azadov vurğulayıb ki, bu səbəbdən qiymətlər ucuzlaşıb.

Ekspert əlavə edib ki, Bakıətrafı qəsəbələr - Zabrat, Masazır, Binəqədi, Sulutəpə, Suraxanı, Sabunçu, Maştağa və Mehdiabadda qiymətlərin bahalaşması müşahidə edilir.

Onun sözlərinə görə, il ərzində torpaqların qiymətində 7 faiz artım müşahidə edilib.

"Çıxarışı olmayan torpaqların qiyməti sənədi olan torpaqlara nisbətən 20-30 faiz ucuzdur. Eyni zamanda infrastrukturu olan, yola yaxın torpaqlar daha baha qiymətə satılır", - deyə Azadov vurğulayıb.

Xəbər lenti
0