CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu avtobuslar Wi-Fi xidmətinə qoşulub

© Baku Transport Agency"İsuzu Novociti" markalı avtobuslar
İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq

BAKI, 24 fevral — Sputnik. Sumqayıt şəhərində ictimai nəqliyyatda olan avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Pulsuz Wi-Fi xidmətinin mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacağı qeyd edilir.

"Bununla yanaşı, avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq. Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Yeni yollar salınır, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 20-yə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobus verilib", - deyə qurumdan bildirilib.

Xəbər lenti
0