Qəbələ rayon sakini Toğrul Umudov

Bir üzündə Rəsulzadə, o birində Atatürk: sənət əsərini həyətində yetişdirir - FOTO

1327
(Yenilənib 15:57 23.02.2020)
"O, təzə yetişəndə bişirərək yemək də mümkündür. Lakin müəyyən zaman keçdikdən sonra bərkiyir və taxta kimi olur, içində isə yalnız toxumları qalır"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Dekorasiya üçün istifadə edilən materiallar çox zaman təəccüb doğurur. Çünki adət etdiyimiz daş, ağac, gips, yun və s.-dən hazırlanan bəzəklərin içində qabaq görəndə istər-istəməz "uşaqda fərasətə bax!" fikirləşirik. Belə fərasətlilərdən biri Qəbələ rayon sakini Toğrul Umudovdur. O, Çindən gətirilən su qabağından müxtəlif əşyalar düzəldir.

Sputnik Azərbaycan-ın həmsöhbəti artıq üç ildir ki, bu işlə məşğuldur. İxtisasca iqtisadçı olan T.Umudov bizə bu işə necə başlamasından danışır: "Özümü bir neçə əl işində sınamaq istəmişdim. Su qabağı haqda ilk məlumatla tanış olanda düşündüm ki, bu iş tam mənə görədir. Davamlı olaraq Türkiyədə bu işlə məşğul olan şəxslərin əl işlərini axtarıb tapır, müəyyən məlumatlar alırdım. Azərbaycanda olmasa da, Türkiyədə su qabağından dekorasiyalar geniş yayılmışdı. Düşündüm ki, Azərbaycanda da bu ilkə mən imza atım. Beləcə, bu sənətlə məşğul olmaq üçün müəyyən məlumatlar topladım, toxumunu axtardım, tapdım".

© Sputnik / Nigar Iskanderova
Toğrul Umudovun əl işləri

Lazım olan alətləri də aldıqdan sonra əl işləri yaratmağa başlayıb. T.Umudov bizi bu bitki növü ilə tanış edir: "Su qabağı Afrika və Cənub-Şərqi Asiya mənşəli bitki növüdür. O, təzə yetişəndə bişirərək yemək də mümkündür. Lakin müəyyən zaman keçdikdən sonra bərkiyir və taxta kimi olur, içində isə yalnız toxumları qalır".

"Martın sonu, apreldə əkilən toxum oktyabr-noyabr aylarında dərilməyə hazır olur. Daha sonra isə onun qurudulması prosesi başlayır. Su qabağının qurudulmasına təxminən 2 ay zaman sərf edilir. Tam quruduqdan sonra dolğulanır və dekorativ işləmələrə başlanılır", - deyə həmsöhbətimiz əlavə edib.

Daha sonra isə sifariş verilən rəsmin eskizi hazırlanır və onun üzərinə yapışdırılır. Eskiz qoparıldıqdan sonra yapışan hissəciklər rənglənir, beləcə, müxtəlif dekorasiya və rəsmlər ərsəyə gəlir. Daha sonra isə daxilinə işığın yerləşdirilməsi üçün üst qatında müəyyən deşiklər açılır.

"Bir neçə il öncə su qabağının toxumlarını Çindən gətirirdim, 5-7 ədədinə görə 2 dollar xərcləyirdim. Lakin artıq Çindən toxum gətirməyimə ehtiyac yoxdur, özüm onun yetişdirilməsi ilə məşğulam, bir ovuc toxumla bir illik tələbatı qarşılaya bilirəm. Hazırda həyətimdə 100-ə yaxın su qabağı var, yerli iqlimə, torpağa uyğunlaşır, məhsuldarlığı da yaxşıdır. Su qabağının xüsusi baxıma ehtiyacı yoxdur", - deyə həmsöhbətimiz əlavə edib.
© Sputnik / Nigar Iskanderova
T.Umudov dekorativ nümunələrin oturacağı üçün müxtəlif yerli ağac növlərindən istifadə edir

3-cü qrup fiziki məhdudiyyətə görə pensiya alan T.Umudov deyir ki, dekorativ nümunələrin oturacağı üçün müxtəlif yerli ağac növlərindən istifadə edir.

"Bir işin ərsəyə gəlməsi 8-10 saatadək vaxt apara bilər. Fantaziya, zövqdən asılı olaraq istənilən dizaynda fərqli nümunələr yaratmaq mümkündür. Çalışıram ki, boyama zamanı su qabağının özünün təbii rəngini saxlayım. Daha sonra isə su qabağını müxtəlif hissələrdən deşirəm və içinə işıq yerləşdirirəm ki, gözəl dekorasiya alınsın", - deyə o bildirir.

 Onun üçün bu iş hələ ki, qazanc gətirən bir peşə deyil, sadəcə hobbidir. Həmsöhbətimiz yalnız həftə sonlarında bu işə zaman ayırır. Bu günədək 60-a yaxın belə dekorativ nümunə yaradan sənətkar onlardan yalnız 30-nu sata bilib: "Bu nümunələrin qiyməti satdığım adama, sərf etdiyim zamana, əziyyətimə görə müəyyənləşir. Amma qiymətlər çox münasibdir, 20-100 manat təşkil edir". 

© Sputnik / Nigar Iskanderova
Toğrul Umudovun əl işləri

T.Umudov deyir ki, daha çox özəl sifarişlər əldə edir: "Özəl sifarişlər daha çox olur. Sevgilisinə kreativ bir hədiyyə vermək istəyənlər mənə üz tuturlar".

İlk sərgiyə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəsi ilə qatılan Toğrul Umudovun ən böyük rəğbətlə qarşılanan əsəri isə Məhəmməd Əmin Rəsulzadənin rəsmi olduğu su qabağıdır: "Rəsulzadənin şəxsiyyətinə hörmət, cümhuriyyət dəyərlərinə olan sevgimdən dolayı belə bir dekorasiya yaratdım. Bu su qabağının bir tərəfində Mustafa Kamal Atatürkü, digər tərəfində isə Məhəmməd Əmin Rəsulzadəni təsvir etmişəm".  

1327
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (30)
Əlaqədar
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Zibillikdəki tullantılar sənət əsərinə necə çevrilir - Qeyri-adi muzeydən reportaj
"Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialı olan Balakən sakini
Dua Lipa azərbaycanlı rəssamın çəkdiyi portreti bütün dünyaya yaydı
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

32
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

32