Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Balaca azərbaycanlılar Rusiyanın məşhur verilişində iştirak edə biləcəklər

© Sputnik Viktor Tolochko / Mediabanka keçidТелеведущий Максим Галкин
Телеведущий Максим Галкин - Sputnik Azərbaycan
Abunə olmaq
Kastinqlər xüsusi olaraq Moskvadan gələn "Luçşe vsex!" layihəsinin redaktorları tərəfindən həyata keçiriləcək.

BAKI, 17 fevral — Sputnik, Kəmalə Əliyeva. Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzi tərəfindən populyar Rusiya layihəsində iştirak etmək üçün kastinq keçirilir. İstedadlı azərbaycanlı uşaqların Maksim Qalkinin aparıcısı olduğu, Rusiyanın Birinci kanalında yayımlanan "Luçşe vsex" uşaq istedad şousunun iştirakçısı olmaq imkanı var.

Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultanzadəyə istinadən verdiyi məlumata görə, kastinq fevralın 29-dan martın 1-dək keçiriləcək. Kastinqlərdə 3 yaşdan 12 yaşa qədər uşaqlar iştirak edə bilərlər.

"Müraciətlərin qəbulu artıq başlanıb. Kastinqlər xüsusi olaraq Moskvadan gələn "Luçşe vsex!" layihəsinin redaktorları tərəfindən həyata keçiriləcək. Kastinqlərdə musiqi, idman və digər sahələrdə fövqəladə bacarıqlara malik uşaqlar iştirak edə bilərlər. Onların arasından ən istedadlıları seçilərək gələcəkdə populyar şounun qonağı olacaqlar", - deyə Sultanzadə bildirib.

"Luçşe vsex" proqramı - adi uşaq istedad şousu deyil. İştirakçılar təkcə Maksim Qalkinə öz istedadlarını nümayiş etdirmirlər, həmçinin sübut edirlər ki, onlar hamıdan yaxşıdırlar.

Bu layihə 2016-cı ildən Birinci kanal-ın efirində yayımlanır. Layihənin kastinqləri müxtəlif ölkələrdə keçirilir, Azərbaycanda isə ilk dəfədir keçiriləcək.

Bu şouda indiyə qədər bir neçə azərbaycanlı uşaq, o cümlədən Rusiyada yaşayan hind rəqslərinin ifaçısı Elina Məmmədova və balaca müğənni Əminə Qasımova iştirak ediblər.

Xəbər lenti
0