CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi onlar da mənzil başına rahat çatacaqlar - FOTO

© Baku Transport Agency"İsuzu Novociti" markalı avtobuslar
İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istismarına bu gündən "İsuzu Novociti" markalı avtobuslar verilib

BAKI, 17 fevral — Sputnik. Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar bu gündən sərnişinlərin istismarına verilib.

Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatına görə, Agentliyin tələbinə əsasən, "BMH" MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslardan əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti
0