CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti "Valentin"lə bağlı paylaşım etdi

© Sputnik / Murad OrujovНародная артистка Бриллиант Дадашева
Народная артистка Бриллиант Дадашева - Sputnik Azərbaycan
Abunə olmaq
“Dünənki bayram keşişin – Valentinin xeyir-dua verib xoşbəxtliyə qovuşdurduğu, marketinqçilərin isə hədiyyə satmaq üçün cəmiyyətə bəxş etdiyi sıradan bir gündür”

BAKI, 15 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Brilliant Dadaşova Sevgililər Günü ilə bağlı maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni “Valentin günü”nün əsl mahiyyətinin pul qazanmaq olduğunu iddia edib. O bu haqda öz "Instagram" hesabında yazıb: "Dünən təbrik üçün gözü yolda qalan dostlara demək istəyirəm ki, fikir eləməyin. Dünənki bayram keşişin – Valentinin xeyir-dua verib xoşbəxtliyə qovuşdurduğu, marketinqçilərin isə hədiyyə satmaq üçün cəmiyyətə bəxş etdiyi sıradan bir gündür".

Посмотреть эту публикацию в Instagram

Публикация от Brilliant Dadaşova (@brilliantdadashova)

Qeyd edək ki, 14 fevral - "Valentin günü" adı altında qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilib.

Xəbər lenti
0