CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar daha çox bu balıqları sevirmişlər

Abunə olmaq
Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çox deməkdir

BAKI, 11 fevral — Sputnik. Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, 2019-cu ildə ölkədə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.

Balıq satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Balıq məhsulları ilə bağlı göstəriş var

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ovlanmış balığın 694,0 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20,0 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, 2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə, 63084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çox deməkdir.

Xəbər lenti
0