Yerüstü piyada keçidi, arxiv şəkli

Bakıda "asma" piyada keçidi tikiləcək

127
(Yenilənib 15:49 11.02.2020)
Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidində fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub

BAKI, 11 fevral — Sputnik. Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır.

Sputnik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadla xəbər verir ki, yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

© Azerbaijan Highway State Agency
Tbilisi prospektində yeni yerüstü piyada keçidinin maketi

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdiləri inşa edilərək istifadəyə verilib. Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.

Hazırda tikintisi davam edən:

Heydər Əliyev Prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi;

Qala-Pirallahı avtomobil yolunun 3+600 km hissəsində yerüstü piyada keçidinin tikintisi;

Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi;​

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;

Mərdəkan-Zuğulba yolunda, köhnə "Mərdəkan Broyler"in yaxınlığında yerüstü piyada keçidinin tikintisi;

M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində yerüstü piyada keçidinin tikintisi;

Hökməli dairəsində yerüstü piyada keçidinin tikintisi;

Ceyranbatan qəsəbəsində ( 27+700 km) yerüstü piyada keçidininin tikintisi;

Azadlıq prospekti, "Baku Electronics" mağazasının yanında piyada keçidinin tikintisi.

Layihələndirilən:

Zığ yolunda yerüstü piyada keçidinin tikintisi;

M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi) yerüstü piyada keçidinin tikintisi;

M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində yerüstü piyada keçidinin tikintisi;​

Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;

Nobel prospektində "Ağ şəhər" layihəsi çərçivəsində piyada keçidinin tikintisi;

Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında yerüstü piyada keçidinin tikintisi.

127
Əlaqədar
Xeyrini "Elmlər Akademiyası"nda görəcəklər, zülmü "Həzi Aslanov"dakılar çəkir
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj
Paytaxta hamını aldadan keçidlər gəlir: Amma yenə də çoxumuz yararlana bilməyəcəyik
"Beton yığını" - Ukrayna dairəsində piyada keçidi nəyə yarayacaq?
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Ticarət Mərkəzi, arxiv şəkli

O olmasın, bu olsun: fransız mallarına da əvəz tapılar

6
(Yenilənib 18:57 27.10.2020)
"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq" - Azərbaycanda fransız ətirləri dövrü başa çata bilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun türk mallarının boykot edilməsi çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırış edib. "O, necə ki, Fransada türk markalı mal almayın deyirsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın," -  deyə Prezident Ərdoğan çağırışında bildirib.

Artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da fransız mallarının boykot edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Müştərilər, o cümlədən də bir çox millət vəkilləri də öz hesablarından bu çağırışlara qoşularaq fransız mallarının boykot edilməsini tələb edirlər. Millət vəkili Qənirə Paşayeva da son rəsmi paylaşımı ilə bu aksiyaya dəstəyini nümayiş etdirib.

Bəs mağazalar, sahibkarlar necə?

Son vəziyyəti öyrənmək üçün öncə iri mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Əlaqə saxladığımız nömrələrdən hələ ki, bununla bağlı onlara rəhbərlik səviyyəsində hansısa göstərişin verilmədiyi, bu səbəbdən fransız mallarının satışda olduğu və müştərilər tərəfindən alındığı deyildi. Digər belə mağazalar isə sualdan yayınaraq, bununla bağlı məlumatlı olmadıqlarını bildirdilər.

Kiçik mağaza sahibləri isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu çıxışına dəstək olduqlarını bildiriblər. "Parfume Home"un təmsilçisi deyir ki, Ərdoğan belə deyibsə, onlar fransız ətirlərini satışdan yığacaqlar:

"Bizdə əsasən Dubaydan gətirilən orijinal ətirlər satılır, amma bununla yanaşı, orijinal fransız ətirləri də satılıb. Amma yaranmış bu vəziyyətə görə ikiəlli olaraq fransız malları, ətirlərindən imtina etməyə razıyıq. Məsləhət belədirsə, belə də olmalıdır. Dövlətin bununla bağlı hansısa qadağasına ehtiyac yoxdur. Sadəcə olaraq bu ətirləri yığaraq bir qırağa atacağıq, satışa qoymayacağıq".

"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq", - deyə mağaza təmsilçisi əlavə edib.   

Mağaza rəsmisi bildirir ki, bunadək orijinal fransız mallarının 30 ml-i 60, 100 ml-i isə 250 manatadək satışda olub.

Dövlət Statistika Komitəsinə istinadən isə qeyd edək ki, ötən il Fransadan 23.3 min ABŞ dolları həcmində iribuynuzlu heyvan, 2.349.1 min ABŞ dolları həcmində kərə yağı və digər süd yağları, 11.8 min ABŞ dolları həcmində 11.2 ton buğda unu, 1 093.8 min ABŞ dolları həcmində təbii üzüm şərabları, üzüm suslosu, 23 095.8 min ABŞ dolları həcmində 379 ton dərman vasitələri, 1 803.7 min ABŞ dolları həcmində 449.6 ton sürtkü yağları, 202.3 min ABŞ dolları həcmində mebellər və digər mallar idxal olunub.

2020-ci ilin yanvar-avqust aylarında ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2019-cu ildə Fransadan idxal olunan malların dəyəri 250.727.3 min ABŞ dolları olub ki, bu da 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olub. Belə ki, 2013-cü ildə bu rəqəm 425.437.3 min ABŞ dolları olub.

6
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır