CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış həvəskarlarının arzusu gerçəkləşir

© Sputnik / Murad OrujovЗанесенный снегом дорожные знаки
Занесенный снегом дорожные знаки - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlarda havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta  olacaq.  Yolların buz bağlama ehtimalı var

BAKI, 8 fevral — Sputnik. Fevralın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturu  gecə və gündüz  0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq. Atmosfer təzyiqi normadan aşağı  758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə və gündüz 75-85% olacaq. 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi  yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta  olacaq. Yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0