CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi – Cədvəl

© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb

BAKI, 7 fevral — Sputnik. Moskva prospektində ("Şamaxinka" adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib:

© Baku Transport AgencyHərəkət sxemi
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi – Cədvəl - Sputnik Azərbaycan
Hərəkət sxemi

Marşrut № 18 və 65

20 Yanvar m.st - 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135

BDM Uni. – "Memar Əcəmi" m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170

Binəqədi qəs. – "Memar Əcəmi" m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə

"Memar Əcəmi" m.st - Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193

4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə

Lökbatan NMM - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. - Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə.

Xəbər lenti
0