Qaz peçi, arxiv şəkli

Dəm qazından qorunmaq mümkündürmü?

73
(Yenilənib 14:02 07.02.2020)
Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir

BAKI, 7 fevral — Sputnik. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, qazla, elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir.

Son illər informasiya mübadiləsinin tempinin artması dünyada və o cümlədən, Respublikamızda baş verən hadisələrin haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirib. 

Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr də siyasi məlumatlar kimi anında ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti apardığı statistikalarda yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmur. Sanki hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin həssaslığının artması ilə əlaqədardır. Narahat doğurucu hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Bir nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir. Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin (odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?! Doğurdanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?!

Dəm qazı Bakıda ana və uşağının həyatına son qoydu

Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür deyirik:

• Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;

• Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;

• Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;

• Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında "pyatiminutka", "kolonka", "kombi", "ariston" və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;

• İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;

• Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;

Əhaliyə şok: istilik əvəzinə qızdırıcılara elektrik cərəyanı buraxdılar

• Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir;

• Evdə, mənzildə təksinizsə, duş qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;

• Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir.

Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir;

Meyitxana, arxiv şəkli
© AFP 2020 / GUILLEM SARTORIO

• Evində fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin – suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir;

• Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;

• Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;

• Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!

73
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

26
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

26
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

25
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

25

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

0
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

0
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"