CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yüksəliş" müsabiqəsi başlayır – Statistik məlumatlar açıqlandı

© REUTERS / Joshua RobertsСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 8-də "Yüksəliş" müsabiqəsinin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək

BAKI, 7 fevral — Sputnik. "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsindən keçən 11.760 nəfərdən 9.775-i müsabiqəyə qəbul edilib.

Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yüksəliş" müsabiqəsinin məqsədi açıqlandı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib. Onun sözlərinə görə, müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri kişidir: "Onların 40 faizi 21-30 yaş (3910 nəfər), 46,95 faizi (4589 nəfər) 31-40 yaş, 13,05 faizi (1276) 41-51 yaş qruplarına daxildir. Müsabiqəyə 1999-cu il təvəllüdlü 28 nəfər, 1990-cı il təvəllüdlü 622, 1968-ci il təvəllüdlü 12 nəfər müraciət edib".

O qeyd edib ki, müsabiqəyə 1000 nəfər dövlət qulluqçusu qatılıb: "Müsabiqəyə ən çox Bakı-Abşeron (53,70%) və Aran (11,42 faiz) zonalarından, ən az isə Naxçıvandan (1,80 %) qatılıblar. Xatırladaq ki, sabah, fevralın 8-də "Yüksəliş" müsabiqənin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək. Fevralın 16-da müsabiqənin onlayn mərhələsinin Ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək.

Nazir müavini “Yüksəliş” müsabiqəsinin yaradacağı imkanları açıqlayır

İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq. Onlayn mərhələnin ikinci hissəsi olan Qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal məlumatlarla işləmək bacarığının, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.

Məlumat üçün bildirək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Xəbər lenti
0