Tufan

Hava kəskin dəyişir Əlaqədar qurumlar təhlükəsizlik üçün ayağa qalxdı

627
(Yenilənib 11:44 07.02.2020)
Dənizdə hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Platformalara hazırda gəmilərlə gediş yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Ölkədə hava şəraiti bu gün axşamdan başlayaraq kəskin dəyişəcək. Bakıda güclənən şimal-qərb küləyi fevralın 8-dən 10-dək maksimum sürətini 30-35 m/san-dək çatdıracaq. Hava şəraiti ilə bağlı hidrometeoroloqlar da xəbərdarlıq ediblər. Sputnik Azərbaycan gözlənilən hava şəraiti ilə əlaqədar görülən təhlükəsizlik tədbirlərini araşdırıb.

Qar, arxiv şəkli
© Sputnik / Irade JELIL

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, SOCAR işçilərini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edəcək. O bildirib ki, dənizdə hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Onun sözlərinə görə, platformalara hazırda gəmilərlə gediş yoxdur.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentliyin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub: "Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək şimal-qərb küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır. Bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək.

Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir".

627
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

42
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

42
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

45
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

45
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0