CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar yağacaq, amma paytaxta yox

© Sputnik / Irade JELILXızı
Xızı - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 6 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0