CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çərşənbələrin tarixləri açıqlandı

© Sputnik / Mazyar AsadiПраздник Новруза, фото из архива
Праздник Новруза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq

BAKI, 3 fevral — Sputnik. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Baharın gələcəyi tarixi açıqlayıb. Rəsədxanadan Sputnik Azərbaycan-a verilən xəbərdə bildirilir ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq. Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

Xəbər lenti
0