CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb psixoloqları barədə tədbir görəcəklər - İdarə narazıdır

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiBakı məktəblərin birində tədris prosesi, arxiv şəkli
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. "Məktəb psixoloqlarının işi bizi qane etmir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş, təbii ki, məktəb psixoloqlarının üzərinə düşür: "Təəssüf ki, bu sahədəki ümumi vəziyyət bizi yetərincə qane etmir. Bu sahədə əsaslı dönüş yaratmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".

Xəbər lenti
0