CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qara gözlü badam: Adına mahnılar qoşulan nemətimiz niyə unudulur?

© AFP 2023 / CRISTINA QUICLERМиндаль
Миндаль - Sputnik Azərbaycan
Abunə olmaq
Badam bağları nisbətən gec məhsul verir. Hər şey qaydasına düşdükdən sonra hər ağacdan azı 15-20 kilo məhsul əldə etmək olar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Son 30-40 ildə Azərbaycanda badamçılıq sənayesi zəifləyib. Demək olar ki, ənənəvi badam növləri artıq sıradan çıxıb. Amma uzun illər sonra, daha dəqiq desək son bir neçə ildə bu sahəyə yenidən maraq yaranıb. Artıq badamçılığın inkişafı üçün subsidiyalar da ayrılıb.

Ölkə başçısı bir neçə il öncəki nitqində bildirmişdi ki, valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda çox az istehsal edilir. 

Zaqatalada 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zaqatalada qoz-fındıq festivalı başlayıb - FOTOLAR
O, Azərbaycanın özünün bu məhsulla daxili tələbatını ödəyə bilməməsinə diqqət çəkərək cəmi 1000 hektar badam bağlarının olduğunu vurğulamışdı. Prezident bu bağların əksəriyyətinin Naxçıvan Muxtar Respublikasında yerləşdiyini deyərək, əslində Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlimin olduğunu, bu istiqamətdə işlərin görülməsinini vacibliyini vurğulamışdı.

Bununla əlaqədar olaraq artıq ötən il Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb. Bu siyahıda badamın da adı var.

Sputnik Azərbaycan badamçılığın perspektivləri, əldə olunan gəlirləri və bu təsərrüfatla bağlı digər nüansları araşdırmağa çalışıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zamanla əhəmiyyəti artan məhsullar var ki, onlardan da biri badamdır: "Digər yaş meyvələrdən fərqli olaraq quru meyvələrin saxlanması daha sərfəlidir. Bu meyvələrin sənaye əhəmiyyəti də böyükdür. Quru meyvələr, o cümlədən də badam və onun qabığından sənayedə 20-30 növə yaxın məhsul əldə edilir. Badamdan yağ, qabığından isə həm də mebellərin hazırlnması üçün xammal əldə edildiyi və sənaye əhəmiyyəti böyük olduğu üçün dünya çapında ABŞ daha çox badam istehsal edən ölkə kimi tanınır. Bu ölkədə illik istehsal 2 milyon tondan çoxdur. Bu isə o deməkdir ki, dünyanın badam tələbatının 70 faizini ABŞ ödəyə bilir. Sonrakı yerdə İspaniya qərarlaşıb ki, bu ölkə də illik olaraq 202 min ton badam istehsal edir. Badam istehsalına görə İran da iddialı ölkələr sırasındadır. İran illik olaraq 150 min ton istehsalla dünyada üçüncülüyə nail olub. Sonrakı yerlərdə Şimali Afrika ölkələri və qonşu Türkiyə qərarlaşıb. Türkiyədə isə illik istehsal 13 min tondur".

"Azərbaycanda isə bu təsərrüfat vaxtı ilə geniş yayılmışdı. Xüsusən də Abşeron yarımadasında bu təsərrüfatla geniş məşğul olurdular. Lakin müəyyən subyektiv və obyektiv səbəblərlə əlaqədar olaraq bu təsərrüfat sıradan çıxdı. Bundan sonra badamçılığın inkişafında 40 illik fasilə yarandı" – deyə N. Nəsirli bildirib.

"O zamanlar salınan ənənəvi badam bağları sıradan çıxdığı üçün biz bu gün yerli sortlar haqda danışa bilmirik. Hazırda isə biz İspaniya, Türkiyə və digər ölkələrdən gətirilən sortların öyrənilməsi prosesi gedir. Gətirilmiş sortlardan yerli sortlar əldə olunacaq və bundan sonra biz yerli sortlar haqda danışa biləcəyik", - deyə o əlavə edib.

N.Nəsirlinin sözlərinə görə, hazırda respublikada 700 hektara yaxın ərazidə badam əkilir ki, bu da illik olaraq 1000 ton istehsal deməkdir. Hazırda badamçılığın inkişafında əsas məqsəd məhsuldarlığı artırmaqdır: "Dünya standartlarına görə, bu gün badam bağlarından illik 15-16 ton badam əldə olunur. Bizdə isə bu rəqəm hələ ki, 12 tondur. Məhsuldarlığı artırmaq üçün virus mənşəli xəsətliklərlə mübarizə aparmaq lazımdır. Çünki çox illik meyvə bağlarında virus mənşəli müxtəlif xəstəliklərin yayılması bütün dünyada müşahidə olunur. Badam da fındıq və qoz kimi xəstəliklərə qarşı daha az davamlılığı var. Buna qarşı vaxtında tədbir görülmədikdə məhsullar məhv olur".

İnfoqrafika: Azərbaycan kənd təsərrüfatının istehsal göstəriciləri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda kənd təsərrüfatı: İstehsal və qiymətlər

Ekspertin sözlərinə görə, son illər Bərdə, Tərtər, Qubada xaricdən, xüsusi ilə Türkiyə və İspaniyadan gətirilən tinglərin hesabına yeni bağlar salınıb: "Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən Qusar rayonunda 10, Şabran rayonunda isə 33 hektar badam bağları salınıb. Bu bağlarda xüsusi ilə ABŞ-da məşhur olan Quarra sortuna daha çox üstünlük verilib. Quarra sortu da şaxta və quraqlığa davamlılığı ilə seçilir".

"Lakin hələlik biz deyə bilmərik ki, Azərbaycan da badam istehsal edən ölkələr sırasında iddialıdır. Düzdür, son illər bu sahəyə çox böyük marağın olduğu müşahidə olunur. Bu il badam çoxillik dövlət subsidiyasına cəlb olunub. Buna görə hər hektar sahəyə görə, 800 manat yaxın dövlət tərəfindən subsidiya veriləcək. Çünki badamçılıq gələcəyi olan sahədir", - deyə o əlavə edib.

Ekspert bildirir ki, bu sahə digərləri ilə müqayisədə bir qədər mürəkkəb və investisiya tələb edən sahədir. Bu isə Azərbaycan reallığına görə, təxminən bir hektarlıq sahə üçün 11-12 min manat xərc deməkdir.

Bu gün Bakı ətrafı ərazilərdə, Qala qəsəbəsində də badam bağlarına rast gəlmək mümkündür.

Qala qəsəbəsində də bu təsərrüfat geniş yayılıb. Burada "Azbadam"ın bağlarını görə bilərik. MMC-nin direktoru Ramil Mirzəyev Sputnik Azərbaycan-a bildirib ki, onlar 2017-ci ildə badam ağaclarını əksələr də, ilk məhsulu ötən il əldə ediblər: "500 hektar ərazidə əkin sahəmiz var. Bu badam sortları İspaniyadan gətirilib. Bununla biz həm də yerli bazarı da təmin etmək və ixracı da həyata keçirtməyi düşünürük".

"AZBADAM MMC-nin "Qala və Bilgəh Badam Bağları" layihəsinə 2017-ci ilin fevral ayında start verilib. Buna müvafiq olaraq Bakının Qala və Bilgəh qəsəbələrində 268 ha və 212 ha ərazidə intensiv badam bağları salınıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. Bizim illik istehsal gücümüz 800 ton badam ləpəsidir", - deyə direktor əlavə edib.

Qusarda fərdi sahibkarlıqla məşğul olan təsərrüfatçı Baba Ağaşirinov isə Sputnik Azərbaycan-a açıqlamasında bir neçə ildir bu işlə məşğul olduğunu, hələlik illik məhsul istehsalının o qədər də çox olmadığını söyləyib: "Artıq 3 ildir ki, badam bağı salmışam. O səbəbdən də ötən il 60 ton badam əldə etmişəm. Badam bağları nisbətən gec məhsul verir, təxminən 5-6 il sonra bar verir. Hər şey qaydasına düşdükdən sonra hər ağacdan azı 15-20 kilo məhsul əldə edə biləcəyik. Hazırda isə hər ağacdan 300-400 qram məhsul götürmək mümkündür".

AQTA fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edib

B. Ağaşirinov sözlərinə görə onun bağında da yerli sort yoxdur.

10 hektarlıq bağ sahəsi olan təsərrüfatçı əsas problemin hava şəraiti ilə bağlı olduğunu vurğulayıb: "Texnika almışıq, fəhlələrimiz də işləyir. Bu il veriləcək subsidiyalardan yararlanmaq üçün sənədlərimizi də hazırlamışıq. Lakin mövcud hava şəraiti müəyyən qədər işimizə mane olur. Çünki qar olmayanda zərər vericilər baş alır".

Qeyd edək ki, Azərbaycanda badamçılqla bağlı müəyyən rəqəmləri almağa çalışsaq da, Statistika Komitəsi bununla bağlı onlarda ayrıca bir məlumatın olmadığı bildirilib.

Xəbər lenti
0