CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA yollardakı vəziyyətlə bağlı müraciət etdi

© Sputnik / Murad OrujovBakıya sulu qar yağır
Bakıya sulu qar yağır - Sputnik Azərbaycan
Abunə olmaq
“Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”

BAKI, 24 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Bakıda qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıya qar yağacaq

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib: “Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

Xəbər lenti
0