CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Korifey sənətkarların nömrələri belə imiş

CC0 / sabinevanerp / oldПожилая женщина с телефоном
Пожилая женщина с телефоном - Sputnik Azərbaycan
Abunə olmaq
Kitabça 1988-ci il M.Əzizbəyov adına Lenin ordenli və Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Akademik Dram Teatrında oktyabr, noyabr və dekabr ayları üçün hazırlanan repertuar üçün nəzərdə tutulub.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, C. Zeynallı sovet dövründə teatrda çalışmış şəxslərin ev telefon nömrələrini əks etdirən fotonu öz "Facebook" hesabında yayımlayıb. O bildirib ki, kitabçada həmin şəxslərə məxsus ev və iş nömrələri qeyd olunub: "1988-ci il. M.Əzizbəyov adına Lenin ordenli və Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Akademik Dram Teatrı oktyabr, noyabr və dekabr ayları üçün repertuar hazırlayıb. Kitabçada aktyorların ev və iş telefon nömrələri də var. Qəribə nostalgiyadır".

Qeyd edək ki, siyahıda əks olunan aktyorların əksəriyyəti dünyasını dəyişib.

Xəbər lenti
0