CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qışda ağac çiçəkləyirsə... – Qlobal istiləşmə həyatımızı alt-üst edir

© © Selim EzizogluQışda çiçəkləyən ağac
Qışda çiçəkləyən ağac - Sputnik Azərbaycan
Abunə olmaq
Havaların anomal keçməsi bütün canlılara, bitkilərə, insanlara müxtəlif formada təsirini göstərir, bunun nəticəsi olaraq paytaxtda çiçəkləyən, tumurcuqlayan ağaclara rast gəlmək olur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Son illər qlobal istiləşmə bütün dünyada özünü biruzə verir. Bu prosesin təsiri Azərbaycandan da yan keçmir.

Восход солнца, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
SOS siqnalı verildi: Anomal istilərin insan orqanizminə təsirləri açıqlandı
 Yanvar ayı olmasına baxmayaraq, ölkədə, xüsusən də Bakıda payızın sonu, yazın əvvəlinə xas hava şəraiti hökm sürür, temperatur düşmür, yağıntılar azalıb. Elə bunun nəticəsi olaraq paytaxtda artıq çiçəkləyən, tumurcuqlayan ağaclara rast gəlmək olur.

Havaların anomal keçməsi bütün canlılara, bitkilərə, insanlara müxtəlif formada təsirini göstərir.

Sputnik Azərbaycan havaların anomal keçməsinin səbəblərini və təsirlərini araşdırıb.

Ekoloq Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qlobal istiləşmə həm təbii proseslər, həm də antropogen amillər səbəbindən yaranır.

"Antropogen amillərdən biri kosmosa buraxılan kosmik obyektlərin ozon qatına vurduğu zərərlərdir. Qlobal istiləşmə, atmosferin yuxarı qatına toplanan tullantılar günəş şüalarının əks olunaraq geri qayıtması ilə yaranır. Kosmik fəzada proseslər dinamikdir. Burada kiçik bir dəyişiklik planetlərin yerdəyişməsindən tutmuş, onların səthində baş verən dəyişikliklərə qədər təsir edir. Qütblərin yerdəyişməsi bu proseslərlə, qlobal istiləşmə isə qütblərin yerdəyişməsi ilə izah edilir", – deyə ekoloq vurğulayıb.

© © Selim EzizogluQışda çiçəkləyən ağac
Qışda ağac çiçəkləyirsə... – Qlobal istiləşmə həyatımızı alt-üst edir - Sputnik Azərbaycan
Qışda çiçəkləyən ağac

Onun sözlərinə görə, qütbün yerdəyişməsi iqlim qurşaqlarının yerdəyişməsinə gətirib çıxarır. Və bu da buzlaqların əriməsi, okeanda suların artmasına səbəb olur. Bu da atmosfer havasına təsir edir.

Ekoloq Telman Zeynalov isə bildirir ki, meteoroloji, geofiziki silahlardan istifadə edərək atmosferə, suya, ionosferə təsir edilir.

"Bu silahlardan bütün dünyada istifadə edilir. Əvvəllər belə hadisələr baş vermirdi. Amma son dövrlərdə qəribə tendensiya müşahidə edilir. Məsələn, mütəxəssislər çıxıb öncədən proqnoz verirlər ki, 2030-cu ildə su qıtlığı müşahidə ediləcək. Bunu heç kim deyə bilməz. Əgər bunun proqnozu verirlərsə, deməli bunu edəcəklər",  – deyə ekoloq bildirib.

Onun sözlərinə görə, məhz təbiətə edilən təsirlərin nəticəsidir ki, müxtəlif xəstəliklər yaranır: "Qışdır, amma torpaq yatmır. Temperatur müsbət 7-8 dərəcədirsə ağaclar çiçəklənməlidir. Adətən dekabrın 20-si torpaq yatmalı və fevralın 20-də oyanmalıdır. İndi isə bu baş vermir, torpaq yatmır. Temperaturu süni yolla qaldırırlar".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 10 ilə yaxındır iqlim dəyişiklikləri hiss edilir. Bu özünü yayda istiliyin artması, amplitudanın 2-3 dərəcə artması və qış aylarının daha mülayim keçməsi ilə biruzə verir.

"Qışda hava mülayim keçir. Atmosfer çöküntüləri normadan aşağı düşür. Nəticədə lazım olan su ehtiyatları toplanmır. Azərbaycanda qlobal istiləşmə, iqlim dəyişikliyi məhz tələb olunan su ehtiyatlarının toplanmaması ilə özünü göstərir", – deyən ekspert bildirir ki, fermerlərdən su çatışmazlığı ilə bağlı şikayətlər daxil olur.

N.Nəsirlinin fikrincə, bu gün təsərrüfatlarda səmərəli inkişafın əldə edilməməsinin əsas səbəblərindən biri suyun çatışmamasıdır.

© © Selim EzizogluQışda çiçəkləyən ağac
Qışda ağac çiçəkləyirsə... – Qlobal istiləşmə həyatımızı alt-üst edir - Sputnik Azərbaycan
Qışda çiçəkləyən ağac

İqlim dəyişikliyinin bitkiçiliyə də təsiri var. Yanvar və fevral aylarında ağacların çiçəklənməsi və s. kimi anomaliyalar müşahidə edilir. Ekspertin fikrincə, bitkilər yanvar aylarında kollanma fazasını başa çatdırmalı və qışlama dövrünə getməlidir ki, artıq yazda onda vegetativ inkişaf sürətlə getsin.

"Amma əkin sahələrində bitkilərdə köklənmə prosesinin normal şəkildə getmədiyinə şahid oluruq. Çox gecikmə var. Ola bilsin ki, bir çox əkin sahələrində yenidən səpin aparılsın. Meyvəçilikdə də, ağaclarda anomaliyalar müşahidə edilir. Mövsüm ağacı aldadır. Gecələrin soyuq, gündüzlərin isti, amplitudanın yüksək olması ağacları aldadır və belə çiçəklənmələr baş verir. Adətən belə olur. Yazda dolu düşür, yay aylarında isə müxtəlif virus və bakterial mənşəli xəstəliklər əmələ gəlir", – deyə N.Nəsirli vurğulayıb.

Bəs havaların anomal keçməsi insan orqanizminə necə təsir edir?

Mülayim hava şəraiti nəticəsində ağaclar quruyur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təbiətin mülayimliyi bizə baha başa gələcək - Bu il yerli meyvədən əl üzməli olacağıq

Həkim terapevt Mətanət Cəfərova bildirir ki, insanlar bədən temperaturunu tənzimləyə bilmədiyi üçün havaların qeyri-sabit keçməsi insanlar arasında xəstəliklərin yayılmasına səbəb olur.

"Bir neçə gün isti olur, bir gün hava bir az soyuyur. İnsanlar bədən temperaturlarını tənzimləyə, dəyişkən havaya adaptasiya oluna bilmirlər. Bədən temperaturu tez-tez dəyişir, immunitet zəifləyir. Bu da xəstəliyin yaranmasına səbəb olur. Belə havalarda insanlar özlərini çox halsız, yuxusuz, iştahsız hiss edirlər. Bu uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır", – deyə M.Cəfərova bildirir.

Xəbər lenti
0