CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov Almaniyada da "JARA" festivalını keçirəcək

© © Courtesy of Emin AgalarovВо Дворце Гейдара Алиева прошел сольный концерт народного артиста Эмина Агаларова
Во Дворце Гейдара Алиева прошел сольный концерт народного артиста Эмина Агаларова - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq musiqi festivalı Bakı və Soçidən başqa Almaniyanın Düsseldorf şəhərində də keçiriləcək. Orada Emin Ağalarovla yanaşı, rusiyalı ifaçılar da çıxış edəcəklər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. "JARA" beynəlxalq musiqi festivalı ilk dəfə mayın 31-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a festivalın təşkilatçıları məlumat veriblər.

Konsertdə təkcə festivalın təşkilatçısı, Azərbaycanın Xalq artisti Emin Ağalarov deyil, bir sıra rusiyalı ulduzlar da çıxış edəcəklər. Onların arasında Olqa Buzova, Lyubov Uspenskaya, Timati, Monatik və başqaları olacaq. İfaçılar "JARA"da öz yeni mahnı və duetlərini təqdim edəcəklər.

2020-ci ildə "JARA" Almaniya ilə yanaşı, Rusiyanın məşhur dağ-xizək kurortu olan Soçi şəhərində yerləşən Krasnaya Polyanada, həmçinin ənənəvi olaraq Bakıda, "Sea Breeze" turizm kompleksində 29 iyul-2 avqust tarixlərində keçiriləcək. Festivalın açılış günü - iyulun 29-da Azərbaycan, Rusiya və digər ölkələrin ən məşhur artistlərinin iştirakı ilə qala-konsert olacaq. İyulun 30-da Dmitri Malikovun yaradıcılıq gecəsi keçiriləcək, burada 90-cı və 2000-ci illərin hitləri səslənəcək. İyulun 31-də isə İqor Nikolayevin yaradıcılıq gecəsi planlaşdırılır. Avqustun 1-də "HammAli&Navai" qrupunun və bir sıra müğənnilərin konserti olacaq. Avqustun 2-də Yeqor Kridin solo konserti və Z nəslinin müğənnilərinin çıxışları gözlənilir.

"JARA" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0