CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda bir neçə avtobusun hərəkət trayektoriyası dəyişdiriləcək

© © Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək

BAKI, 18 yanvar — Sputnik. 20 Yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər lenti
0