CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məcburi köçkün" ailəsi hay-küy saldı, öz başına bəla açdı

© © REPORTЗдание Государственного комитета по работе с беженцами и вынужденными переселенцами в Баку. Архивное фото
Здание Государственного комитета по работе с беженцами и вынужденными переселенцами в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Müavinət tələb edən ailə məcburi köçkün deyil. Komitədən bildirilib ki, əslində, bu ailə 2011-ci ilədək müavinəti saxta yollarla alıb

Zülfiyyə Quluyeva, Sputnik Azəbaycan

BAKI, 18 yanvar — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi internet kanallarında guya Laçın rayonundan məcburi köçkün düşmüş ailəyə dövlət tərəfindən verilən müavinətin dayandırılması barədə yayılan məlumatlara aydınlıq gətirib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müavinət tələb edən ailə məcburi köçkün deyil.

Komitədən bildirilib ki, əslində, bu ailə 2011-ci ilədək müavinəti saxta yollarla alıb. Komitənin yerli nümayəndəliyi 2011-ci ildə Qəhrəmanov Xalıqverdi Mustafa oğlunun sənədlərini araşdırıb. Məlum olub ki, 1992-ci ilin may ayından əvvəl Xalıqverdi Qəhrəmanovun Laçın rayon Qorçu kəndində yaşayış evi olmasına baxmayaraq, o, Bərdə rayonunun Xanərəb kəndində yaşayıb. Həmçinin Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından əvvəl Bərdə Rayon Hərbi Komissarlığında hərbi uçotda olub. Qeyd edilənlərə əsasən, 2012-ci ilin yanvar ayından etibarən Xalıqverdi Qəhrəmanovun ailəsinə dövlət tərəfindən məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilən vahid aylıq müavinət dayandırılıb. Bu barədə vətəndaşa dəfələrlə geniş izahat verilib.

Qeyd edək ki, məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 60 manatdır.

Xatırladaq ki, bəzi internet kanallarında Laçın rayonundan məcburi köçkün düşmüş ailəyə dövlət tərəfindən verilən müavinətin dayandırılması barədə xəbərlər yayılıb.

Xəbər lenti
0