CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yeni avtobuslar gətiriləcək, rayonlarda da dəyişiklik olacaq

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni avtobuslar Bakı şəhərində istismar olunacaq. Sərnişindaşımada istifadə edilən avtobuslar daha müasir avtobuslarla əvəz olunacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bakıya 300 yeni avtobus gətiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbaut katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, gətiriləcək yeni avtobuslar Bakı şəhərində istismar olunacaq. Sərnişindaşımada istifadə edilən avtobuslar daha müasir avtobuslarla əvəz olunacaq.

N.Allahyarova bildirib ki, bunda məqsəd sərnişinlərə göstərilən sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltməkdir. Mətbuat katibinin sözlərinə görə, bu cür müasir avtobuslar bəzi böyük şəhərlərdə də istifadəyə veriləcək: "Bununla bağlı müəyyən təhlillər aparılıb. Bölgələrdə də nəqliyyat vasitələri yenilənəcək. Ümumilikdə hədəfimiz əhaliyə xidmətin keyfiyyətini artırmaqdır. Bölgələrdə müntəzəm şəhəhərdaxili və şəhərlərarası daşımalar da yeni nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Bölgələrdə sərnişindaşımada istifadə olunanlar köhnə avtobuslardır. Hətta 15-20 il istismar olunan avtobuslar var".

"Nəqliyyat vasitələri ilə bağlı vəziyyət o qədər də yaxşı deyil. Onların yenilənməsinə ehtiyac var. Tədbirlər planına uyğun olaraq bölgələrdə bu istiqamətdə işlər aparılacaq. Bundan əlavə, sərnişindaşıma ilə bağlı qanunvericilik hissəsində də yeniliklər olacaq. Standartlar yenidən işlənəcək. Əgər mövcud daşıyıcılar qoyulan tələblərə cavab verə bilməsələr, biz məcbur olacağıq ki, yeni daşıyıcılar prosesə cəlb olunsun", - deyə N.Allahyarova vurğulayıb.

Xəbər lenti
0