Həyacan siqnalı, arxiv şəkli

"Eurohome" "Diqlas" olaylarının təkrar olunmaması üçün əməli addımlar atılıb

22
(Yenilənib 18:45 17.01.2020)
Vətəndaşlara yanğın baş verərkən davranış qaydaları, habelə yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan ilkin tədbirlər izah olunub

BAKI, 17 yanvar — Sputnik. Dövlət Yanğın Nəzarəti Xidmətinin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələri Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birgə hündürmərtəbəli yaşayış komplekslərində, iri ticarət obyektlərində “Şərti yanğın” həyəcan siqnalı verilərək, yanğın avtomobili cəlb edilməklə yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim və maarifləndirmə işlərini davam etdirir.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 2019-cu il ərzində respublika üzrə ümumilikdə 283 ünvanda, o cümlədən 129 yaşayış kompleksində, 33 iri ticarət müəssəsində və 121 insanların kütləvi toplaşdıqları digər müxtəlif təyinatlı obyektlərdə şərti yanğın həyəcanı verilərək əraziyə yanğınsöndürmə avtomobilləri çağırılıb.

Vətəndaşlara yanğın baş verərkən davranış qaydaları, habelə yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan ilkin tədbirlər izah olunub.

Rast gəlinən əsas çətinlik törədən səbəblər - binaların girişində icazəsiz şlaqbaumların quraşdırılması, şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğınsöndürmə avtomobillərinin su hovuzlarından su götürə bilməməsi, binalardakı daxili yanğın kranlarının yanğın şlanqları və lülələri ilə tam dəstləşdirilməməsi, bəzi obyektlərin ilkin yanğınsöndürmə alət və vasitələrlə, o cümlədən odsöndürənlərlə təmin olunmaması, könüllü yanğın dəstələrinin yaradılmaması, həmçinin, yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan digər tədbirlər yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.

Tədbirlər zamanı əhali arasında təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb, müşahidə edilən nöqsanlarla bağlı aidiyyəti üzrə müəssisə rəhbərlərinə müvafiq məktublar ünvanlanıb.

Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.

22