FHN əməkdaşları yanğın baş verən ərazidə, arxiv şəkli

Şöbə rəisindən obyekt sahiblərinə: "Yanğın da müqaviləyə daxildir"

1271
(Yenilənib 18:32 16.01.2020)
Bilməlidirlər ki, sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyan sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Bəşəriyyət tarixində insanlar bir çox təbii fəlakətlər, zəlzələ, subasma, digər təbii və texnogen hadisələr, o cümlədən yanğınla da vaxtaşırı olaraq üzləşiblər. Heç şübhəsiz, baş verən bu cür gözlənilməz hadisələr çoxsaylı ağır fəsadlar törədib, tələfat və dağıntılara səbəb olub. Bütün bunlar mülkiyyət formasından asılı olmayaraq insanlara külli miqdarda maddi və mənəvi zərər vurub. Yaxın keçmişdə iri ticarət müəssisələrində baş vermiş yanğın hadisələri də bir daha bunu sübüt etdi".

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev açıqlamasında bildirib.

O qeyd edib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət etməklə, yanğın hadisəsinin baş vermə ehtimalını minimuma endirmək olar, təəssüf ki, tamamilə baş verməməsini istisna etmək mümkün deyildir. Bu səbəbdən dövlətimiz sahibkarların mənafeyini, iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə "İcbari Sığortalar haqqında" Qanununu tətbiq edib və daşınmaz əmlakda yanğın baş verəcəyi təqdirdə yanğından dəyə biləcək maddi zərərin ödənilməsi prinsiplərini Qanunun əsas vəzifələrindən biri olaraq müəyyən edib.

E.Babayev vurğulayıb ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə "İnzibati Xətalar Məcəlləsi"nin 469 maddəsində inzibati məsuliyyət nəzərdə tutulub, lakin vətəndaşlarımız inzibati cəzadan çəkinərək daşınmaz əmlaklarını sığorta etdirmək düşüncəsi ilə deyil, sığortanın faydasını dərk edərək əmlaklarını sığorta etdirməlidirlər. Bilməlidirlər ki, sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyan sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəkdir.

1271
Əlaqədar
İcbari tibbi sığortası olanlar hansı hallarda ödəniş edirlər - siyahı
"Vətəndaşlar bilməlidirlər ki, əmlak sığortalanmalıdır" – Prezidentdən tapşırıq
Hansı hallar sığorta hadisəsi hesab olunur – Ödənişlər necə olacaq
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfininin tam siyahısı açıqlanıb
"Sığortalıyam" deyib arxayınlaşmayın, əlavə pul ödəyəcəksiniz