CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev avtobus parkı ilə bağlı göstəriş verdi

© Baku Transport Agency 12 metrlik BMC Procity markalı avtobus
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır"

BAKI, 15 yanvar — Sputnik. "Hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır".

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

Ramin Quluzadə bir ay öncə şəhərlərarası gecə reyslərinin istifadəyə verildiyini diqqətə çatdırıb: "Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq".

Prezident İlham Əliyev bunun çox önəmli məsələ olduğunu vurğulayıb: "İndi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər".

Въезд в город Сумгайыт  - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri ilə bağlı nə baş verir?

Dövlət başçısı eləcə də yük daşımaları ilə bağlı məsələlərə toxunub: "Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin".

Xəbər lenti
0